“Bizim İranla yaxşı münasibətimiz hətta İslam Respublikasının özündə gərginliyə səbəb olur” – Paşinyan

“Bizim İranla yaxşı münasibətimiz bəzi yerlərdə gərginliyə səbəb olur, digər yerlərdə isə İranda gərginliyə yaradır”.

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Münhendə erməni icmasının nümayəndələri ilə görüşdə deyib.

O, İranla sıx münasibətlərinin hətta İslam Respublikasının özündə yaxşı qarşılanmadığını bildirib.

“Biz güclənmə şansına sahib olmaq istəyirik. Lakin ətrafımızdakılara elə gəlir ki, biz güclənirik və dünyanı məhv edəcəyik. Onda kim bizə güclənməyə imkan verər.

İranla münasibətlərə gəlincə, təbii ki, onlar dərindir və Ermənistan bu münasibətlərə sadiqdir.
Amma bu həm də sadə məsələ deyil. Bizim İranla yaxşı münasibətimiz bəzi yerlərdə gərginliyə səbəb olur, digər yerlərdə bu münasibət İranda gərginliyə səbəb olur”, – Paşinyan qeyd edib.

Xuraman Etibarlı

COP29