!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bizim Səhiyyə Nazirliyinin ölkəni koronavirusdan qoruyacağı çox şübhəlidir” – Əli Əliyev

!Reklam – Yazi

“Nazirlərin əksəriyyəti yada düşməmək üçün cəmiyyətdən gizlənirlər, göz qabağında olmamağa çalışırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında dünyanı cənginə almış koronavirus təhlükəsinin Azərbaycana yaratdığı təhdidi dəyərləndirən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, ixtisasca həkim olan Əli Əliyev deyib.

Əli Əliyevin sözlərinə görə, bu çərçivədə əsas narahatlıq koronavirus təhlükəsi fonunda Azərbaycan səhiyyəsinin acınacaqlı vəziyyətdə olmasıdır:

“Azərbaycanda səhiyyə müəssisələrinin “Təbib” sığorta şirkətinə, yoxsa Səhiyyə Nazirliyinə tabe olmaları barədə dəqiq məlumat yoxdur. Bu məsələnin müəyyənləşməsi üçün hələ yazışmalar aparılır.

Bu qurumlardan hansının nə iş görəcəyi, vəzifə səlahiyyətlərinin necə bölünəcəyi, əmlakın kimin nəzarətinə keçəcəyi, ölkə səhiyyəsinə ayrılan dövlət vəsaitinə kimin sərəncam verəcəyi indiyə kimi qeyri-müəyyəndir. O cümlədən də, ciddi infrastruktur probleminin aradan qaldırılmadığı bir dönəmdə Səhiyyə Nazirliyinin ölkəni koronavirusdan qoruyacağı çox şübhəlidir.

Baxın, Çin kimi nəhəng, dünya iqtisadiyyatının ikinci böyük dövləti virus əleyhinə qoruyucu maskalar çatdıra bilmir. Onların infarstrukturu bizdən qat-qat təkmildir, ancaq koronavirusun əlində əsir-yesir qalıblar”.

VİP sədri dünyanın əksər ölkələrində səhiyyə nazirlərinin koronavirus və ona qarşı görülən tədbirlər barəsində cəmiyyəti şəxsən məlumatlandırmalarına baxmayaraq, Azərbaycanda bunun şahidi olmamağımıza da münasibət bildirib:

“Dünən Səhiyyə Nazirliyi koronavirus haqqında açıqlama versə də, bu, yetərli deyil. Bizdə nazirlər ancaq şəxsi problemləri olanda, üzə çıxırlar. Çox təəssüf ki, Azərbaycandakı əksər nazirliklər pul qazanmaq üçün sərfəli mexanizmə çevriliblər. Ona görə də, nazirlərin əksəriyyəti yada düşməmək üçün cə                       miyyətdən gizlənirlər, göz qabağında olmamağa çalışırlar.

Koronavirus hava ilə yayılan bir virusdur. Şübhə etmirəm ki, Azərbaycanda bu virus aşkarlansa, onu gizlətməyə cəhd edəcəklər. Bildiyiniz kimi, ölkədə nazirlərin bəzilərinin həm də otel və turizm biznesi var. Azərbaycanda koronavirus aşkarlanarsa, onlar qazanclarını itirməmək üçün bu faktı gizli saxlamağa çalışacaqlar. Belə bir şəraitdə Azərbaycanda koronavirusa qarşı effektli mübarizənin aparılmasından danışmaq belə yersizdir”.

Səxavət Məmməd

www.yenicag.az

1046
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv