“Bizim tərəf müqabilimiz Güləndir, Fazil Mustafa deyil”

imagesAqil Ələsgər: “Fazil Mustafa fətullahçıların yalanları ilə mənimlə mübarizə aparır”

Aqil Әləsgər: “Mən Gülənlə mübarizə aparıram, Fazil Qəzənfəroğlu isə məni məhkəməyə verir” Baş redaktorumuz, araşdırmaçı jurnalist Aqil Әləsgər deputat Fazil Mustafa tərəfindən məhkəməyə verilib. Buna səbəb Aqil Әləsgərin Fətullah Gülən Şəbəkəsinin Azərbaycandakı fəaliyyətləri ilə bağlı Türkiyənin A Haber telekanalına verdiyi müsahibədir. “Fazil Mustafa özünü elə aparır ki, guya məni tanımır və haqqımda araşdırma aparır. Biz ən azı 15 ildir bir-birimizi tanıyırıq və ən azından dəfələrlə “Әbu Bəkr” məscidində, süleymançıların Quran kursunda bərabər namaz qılmışıq. O, hansısa deputata yarınmağa adət etmişlərdən soruşana qədər mənim özümdən maraqlandığı sualları soruşsaydı, bütün suallarını cavablayardım. Çox təəssüf ki, Azərbaycan hakimiyyətini zaman-zaman söz azadlığını boğmaqda suçlayanaların özləri haqqında kiçik bir söz dedikdə, məhkəməyə qaçırlar.

Şükür Allaha ki, mən Fazil Qəzənfəroğlunu təhqir etməmişəm. Lakin diqqət edirsinizsə, o, özündən daha çox Gülən litseylərinin davasını aparır və mənim bu liseylərlə bağlı fikirlərimi təkzin etməyə çalışır. Faktiki olaraq, o, mənimlə Gülən liseylərinin vəkili kimi çıxış edir və o şəbəkə ilə bağlı yazdıqlarımı və şəxsiyyətimi hədəf seçir. Biz istərdik ki, hər hansısa məhkəmə-dava olmasın. Etirazı varsa, gəlsin, fikirlərini bizimlə bölüşsün. Ancaq o, məhkəmə yolunu tutursa, biz də qarşılıqlı olaraq, onun aşağılayıcı münasibətinə görə məhkəməyə müraciət edəcəyik. Biz hesab edirik ki, böyük dahilər yetişdirmiş Azərbaycan təhsilini təhqir edib, fətullahçı yuvalarının bağlanmasını faciə kimi qələmə vermək Azərbaycan deputatına yaraşan hal deyil. Ergenekon məsələsinə gəlincə, o məsələ fətullahçılar əleyhinə yazdığım yazılara görə, məhz bu şəbəkənin iftirası idi və təəssüf ki, əli hər şeydən üzülən Fazil Mustafa fətullahçı yalanına sarılıb. Bu mənim Türkiyə hökuməti və mühafizəkar media nəzərində gözdən salmağa hesablanmış addımdır. Mən 10 ildir ki, hər il işlərimlə əlaqədar ən az bir neçə ay Türkiyədə oluram. Ergenekon ilə yaxından-uzaqdan əlaqəm olsaydı, mənim başım çoxdan getmişdi. Mən neçə illərdir ki, Türkiyədə erməni məsələsi ilə bağlı çalışıram, müxtəlif konfranslara qatılıram. Fətullahçıların hədəfində də məhz hər şeydən öncə Fazil Mustafanın Azərbaycanda lisey açmasını arzuladığı ermənilərə qarşı mübarizə aparanlar olub. Nə yazıq ki, Fazil Mustafa bu gün bilərəkdən və ya bilməyərəkdən Fətullah Gülənin əlinə oynayır. Bu səbəbdən mən hesab edirəm ki, məhkəmədə tərəf müqabilim Fazil Mustafa deyil, məhz Fətullah Güləndir”.