“Bizim Zelenski ilə həm insani, həm də siyasi dostluğumuz var” – Polşa Prezidenti

“Siyasətdə qarşılıqlı hörmətə əsaslanan möhkəm dostluq hər şeydən öndə gəlir”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Polşa Prezidenti Ancey Duda ukraynalı həmkarı Vladimir Zelenski haqqında danışarkən deyib.

Polşa lideri Ukrayna Prezidenti ilə münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib:

“Deyə bilərəm ki, Zelenski siyasi planda mənim dostumdur. Ümumiyyətlə, siyasətdə qarşılıqlı hörmətə əsaslanan möhkəm dostluq hər şeydən öndə gəlir. O mənim gözləntilərimin fövqündədir.

Həqiqətən, bizim Zelenski ilə həm insani, həm də siyasi dostluğumuz var. Mən Zelenskini dəstəkləmək üçün əlimdən gələn hər şeyi edirəm”.