!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Biznesmenin yaxtası İtaliya sahillərində batdı - ANBAAN VİDEO

!Reklam – Yazi

Rusiyalı biznesmen Gennadi Ayvazyana məxsus olduğu ehtimal edilən “Life Saga” yaxtası İtaliya sahillərində batıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə avqustun 21-nə keçən gecə Skvillaçe körfəzində baş verib.

39 metr uzunluğu olan gəmi şərq istiqamətində su almağa başlayıb və kapitan təhlükə siqnalı verib.

Daha sonra sahil mühafizəsi dənizə çıxsa da, yaxtanı xilas edə bilməyiblər. Dörd sərnişin və bir ekipaj üzvü təxliyyə edilib, qalan dörd ekipaj üzvü isə qəza vəziyyətini aradan qaldırmaq üçün gəmidə qalıb. Ertəsi gün yaxta batmağa başladıqda qalan ekipaj da sahilə çıxarılıb.

Qeyd edək ki, Gennadi Ayvazyan “Kuzbassrazrezugol” holdinqinin ortağı və “Krutrade”nin direktorlar şurasının sədridir.

www.yenicag.az

388
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv