Beynəlxalq Futbol federasiyasının prezidenti (FİFA) Yozef Blatter futbolu tərk edib.
Bu barədə Blatter “The Wall Street Journal”-a istinadən xəbər verir.
FİFA-da 40 il işlədiyini deyən Blatter “Mən futboldakı işimi bitirdim”, – deyə bəyan edib.
“İndi məni keçmiş narahat etmir. Çünki, o mənim gələcəyimdən daha parlaq idi. Mən ədliyyə orqanlarının “FİFA”-ya müdaxiləsini gördükdə təşkilatımıza olan inamı itirdim. Həmin gün onlar FİFA-nı mafiya strukturu kimi təqdim edib”, – deə Blatter qeyd edib.
Qeyd edək ki, dekabrın 21-i Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Federasiyaları Assosiasiyalarının (UEFA) Mişel platini futbol fəaliyyətindən 8 il müddətinə uzaqlaşdırılıb.
Platini, həmçinin 80 min İsveçrə frankı məbləğində cərimələnib.
Xatırladaq ki, bu ilin may ayının 27-də İsveçrə polisi Sürixdə ABŞ məhkəməsinin müraciəti əsasında korrupsiya ittihamı ilə FİFA-nın 7 məmurunu saxlayıb. Ümumilikdə, 14 keçmiş və indiki futbol fuksionerinə ittiham irəli sürülüb. Amerika Ədliyyə Nazirliyinin məlumatına görə, 24 il ərzində onlar 150 milyon dollar rüşvət alıblar.(APA)