Blinken Bayramov və Mirzoyanla görüşür

ABŞ Dövlət Katibi Entoni Blinkenin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ayrı-ayrılıqda görüşləri başlayıb.

Yenicag.az xəbər verir ki, görüşlər ABŞ Dövlət Departamentinin Corc Şults adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində keçirilir.

Dövlət katibi üçtərəfli görüşdən öncə açıqlama verəcək.