Blinken İlham Əliyevə zəng etdi

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı keçirib və o, Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlardan dərin narahatlığını bildirib .

Yenicag.az xəbər verir ki, söhbət zamanı amerikalı diplomat Bakı ilə İrəvan arasında nizamlanmaya çalışdıqlarını bildirib.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçısı sərhəddə gərginliyin azaldılmasına kömək etmək üçün əlindən gələni edir.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.