ABŞ Dövlət katibi Entoni Blinken Yaxın Şərq ölkələrinə səfəri çərçivəsində İsrailə çatıb. Bu barədə “Ynet” portal məlumat yayıb.
Yenicag.az xəbər verir ki, Antoni Blinkenin Təl-Əvivdə Baş nazir Benyamin Netanyahu ilə görüşü planlaşdırılıb. O, daha sonra İsrail hərbi kabinetinin üzvləri ilə görüşəcək.
Blinken daha əvvəl Səudiyyə Ərəbistanında və Misirdə səfərdə olub./Azertag/