ABŞ dövlət katibi Entoni Blinken növbəti dəfə Şərq turnesinə çıxıb.
Yenicag.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu dövlət katibini Qüdsdəki ofisində qəbul edib.
Ətraflı
İclasda İsrail tərəfdən ölkənin strateji planlaşdırma naziri Ron Dermer və ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzahi Haneqbi də iştirak edib.
Görüşün sonunda İsrail və ABŞ tərəfinin digər rəsmilərinin iştirakı ilə geniştərkibli müzakirələr aparılacaq.
Qeyd edək ki, bu, ötən ilin oktyabrında HƏMAS hərəkatı üzvlərinin İsrailə hücumundan sonra Blinkenin regiona 8-ci səfəridir./Qafqazinfo/