Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Türkiyəyə səfər edib.
Yenicag.az Trend-ə istinadən xəbər verir ki, onu nazir Mövlud Çavuşoğlu qarşılayıb.
Çavuşoğlu və Blinken daha sonra helikopterə minərək dəhşətli zəlzələnin zərər vurduğu Hatay şəhərinə yola düşüblər.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Qəhrəmanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.