Blinken yenidən İsrailə getdi

ABŞ dövlət katibi Antoni Blinken İsrailə qayıdıb.

Yenicag.az CNN-ə istinadla xəbər verir ki, o, yenidən baş nazir Benyamin Netanyahu ilə danışıqlar aparacaq.

Oktyabrın 11-dən 15-dək Blinken Fələstin-İsrail münaqişəsinin kəskinləşdiyi bir vaxtda Şərqə səfər edib. O, səfərinə İsraildən başlayıb, daha sonra ərəb ölkələrinə – İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Qətərə gedib və rəsmilərlə bölgədəki hadisələri müzakirə edib.

 

COP29