!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Blinkenin SƏTİRALTI MESAJLARI: “Təcrübəli diplomat bu terminlərdən təsadüfi istifadə etmir” - ŞƏRH

!Reklam – Yazi

“Avropa institutları Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı bir neçə təklif səsləndiriblər. Bu fikirlərə Azərbaycan hər zaman müsbət yanaşdığını bəyan edib”.

Bunu Blinkenin Prezident İlham Əliyevlə apardığı telefon danışığı haqqında fikirlərini səsləndirən politoloq Anar Əliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, ABŞ-nin Cənubi Qafqaz regionunda Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün təşəbbüsləri genişlənməkdədir:

“Entoni Blinken təcrübəli diplomat kimi Azərbaycan-Ermənistan liderləri və XİN rəhbərləri ilə mütəmadi telefon danışığı aparır. Maraqlıdır ki, danışıqlar zamanı Blinken nəyi nəzərdə tutduğu məlum olmayan terminlərdən istifadə edir. Misal üçün, sentyabr 12-14 tarixində Ermənistanın həyata keçirdiyi təxribata qarşı Azərbaycan sərt cavab verdi.  ABŞ-də Ermənistan-Azərbaycan münasibətlərinin gərginlişməsi fonunda XİN rəhbərlərinin görüşü zamanı Blinken “territorial independent” (yəni ərazi azadlığı) deyə bir termin işlətdi. Sonradan dövlət departamentinin bu terminə düzəlişləri ilə bağlı cəhdlərinə baxmayaraq, bu, bütünlüklə Azərbaycanın “Vətən” müharibəsindən sonra bölgədə yaratdığı yeni reallıqları qətiyyən özündə əks etdirməyən, mahiyyətə uyğun olmayan ifadə və yanaşma idi.

Beynəlxalq terminalogiyada və beynəlxalq hüquqda bu terminin hansı anlam daşıdığı və münaqişələrin mövcud olduğu bölgələrdə hansı mahiyyəti özündə əks etdirdiyi ilə bağlı isə heç bir izah mövcud deyil. Bu mənada hesab edirəm ki, kifayət qədər təcrübəli diplomat olan Blinken bu terminlərdən təsadüfi olaraq istifadə etmir.

Burada Amerikanın sətir altında gizlətməyə çalışdığı maraqları və uzunmüddətli strategiyası dayanır. Ancaq bütünlükdə götürdükdə, Avropa və Qərb institutları Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı bir neçə təklif və vasitəçilik təklifləri səsləndirib. Bu fikirlərə Azərbaycan hər zaman müsbət yanaşdığını bəyan edib”.

Nəsimi Ələsgərli

www.yenicag.az

481
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv