Bloger 68-ci mərtəbədən yıxalaraq ÖLDÜ – VİDEO

Ekstremal idman növləri ilə tanınan sosial media fenomeni Remi Lucidi 68-ci mərtəbədən yıxılaraq ölüb.

Yenicag.az xəbər verir ki, hadisə Honq-Konqda baş verib.

Təhlükəli yerlərə dırmaşma videoları ilə məşhur olan fransız Honq-Konqda şou üçün çıxdığı binanın 68-ci mərtəbəsindən yıxılıb. “Remi Enigma” kimi tanınan Lucidi hadisə yerində ölüb.