Blogerin cəsədi dağıntılar altından çıxarıldı

Hatayda yaşayan sosial media fenomeni Taha Duymazın cəsədi dağıntılar altından çıxarılıb.

Yenicag.az xəbər verir ki, günlərdir dağıntılar altında Duymazın meyiti ailəsinə təhvil verilib.

Qeyd edək ki, “Instagram”da 1 milyondan çox izləyici olan Taha bişirdiyi yeməklərlə məşhurlaşıb.