“Bloomberg” əhalinin yaşlaşması riski daşıyan ölkələrin siyahısını açıqlayıb

Dünyanın 178 ölkəsində pensiyaçıların əmək qabiliyyətli insanların sayında xüsusi çəkisi hesabatı açıqlanıb.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, “Bloomberg” agentliyinin hazırladığı bu hesabat “Bloomberg Sunset İndex” adlanır. Hesabatda qadınlar və kişilərin ayrı-ayrı pensiya yaşına çatmaqları nəzərə alınıb. Bu hesabat Dünya Bankı və BMT-nin hesabatları ilə müqayisədə daha dəqiqdir. Belə ki, bu iki təşkilat qadın və kişilərin pensiya yaşını orta qiymətini əsas götürür.

Hesabata əsasən, əhalinin yaşlaşması riski daşıyan ölkələrin başında Fransa gəlir. Bu ölkədə hər pensiyaçıya 2,2 nəfər əmək qabiliyyətli insan düşür. Sinqapurda da göstərici Fransa ilə eynidir. Belarus, Malta, Yaponiya və Şri-Lankada bu göstərici 2,3 təşkil edir. Rusiyada əmsal 2,4, Yunanıstanda 2,5, Bolqarıstan və Tailandda isə 2,6 təşkil edir.

ABŞ-da analoji göstərici 4,4, Çində 3,5, Venesuelada 5,1, Uqandada isə 9-a bərabərdir. Azərbaycan bu indeksdə hər pensiyaçıya 9-12 əmək qabiliyyətli insan qrupunda yer alıb.

Mayami universitetinin Skripps (Scripps) Gerontologiya Mərkəzinin direktoru Suzanna Kankelə görə, demoqrafik göstəriciləri inkar etmək olmaz: “Amma bunun həll yolları var. Bunun üçün mədəni, siyasi və iqtisadi həll yollarından istifadə etmək lazımdır”.

Yeniçağ.Az

COP29