“Bloomberg”: Karantində darıxan varlılar brilyant almağa başlayıb

“Sotheby’s” auksion evinin mütəxəssisi Katarina Beket koronavirus səbəbindən tətbiq edilən karantin zamanı darıxan zəngin insanların brilyant almağa başladığını bildirib.

“Onlar həmin nəhəng brilyantları evdə gəzdirirlər, çünki bundan sevinc hissi keçirirlər”, – deyə K.Beket əlavə edib.

“Bloomberg” xəbər verir ki, söhbət yüz minlərlə dollar qiyməti olan zinət əşyalarından gedir.

Mütəxəssisin sözlərinə görə, “Sotheby’s” martdan bu yana bir çox onlayn satış həyata keçirib.

“Lotların 92%-i satılıb. Məsələn, 1930-cu ilə aid brilyantlı üzük 190 min dollara satılıb. İlkin qiyməti 206 min dollar olan sarı brilyantlı üzüyü isə 253 min dollara alıblar”, – deyə Beket qeyd edib.