Rusiya Federasiyası suveren borc öhdəlikləri üzrə defolt edib.
Yenicag.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata əsasən, kuponlar 100 milyon dollarlıq ödənişin müddəti iyunun 27-nə keçən gecə başa çatıb. Müəyyən edilmiş müddətin sonuna qədər investorlar razılaşdırılmış vəsaiti almadıqda, bu vəziyyət defolt hesab olunur.
Qeyd edilir ki, 1918-ci ildən bəri ilk dəfədir ki, belə hal müşahidə olunur.