BMT Baş Assambleyasına ilk dəfə Türkiyəli diplomat sədrlik edəcək

Türkiyəli diplomat Volkan Bozkır BMT Baş Assambleyasının sentyabrda başlayacaq 75-ci sessiyasının sədri seçilib.

Yenicag.az xəbər verir ki, onun namizədliyinin lehinə Baş Assambleyanın 193 üzvündən 178-i səs verib.

Volkan Bozkır Türkiyədən BMT Baş Assambleyasının sədri vəzifəsinə seçilmiş ilk diplomat olub.

O, bu vəzifədə 74-cü sessiyanın işinə rəhbərlik etmiş Nigeriyanın BMT yanında daimi nümayəndəsi Ticani Məhəmməd-Bandı əvəz edəcək.

Volkan Bozkır 1950-ci ilin 22 noyabrlnda Ankarada doğulub. Hazırda Bozkır Türkiyə parlamentinin xarici siyasət üzrə komitəsinə başçılıq edir. Daha əvvəl Avropa Birliyinin işlər üzrə naziri və Avropa Birliyi ilə danışıqlarda Türkiyə nümayəndə heyətinin başçısı vəzifəsini tutub.

O, demək olar, 40 ildir diplomatik xidmətdədir. Bozkır Almaniya, İraq, ABŞ və Rumıniyadakı türk diplomatik nümayəndəliklərində işləyib.

COP29