!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BMT baş katibindən Qarabağ bəyanatı

!Reklam – Yazi

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında yanvarın 16-da Parisdə keçirilən görüşü müsbət qiymətləndirib.

Yenicag.az xəbər verir ki, bu barədə BMT-nin baş katibinin bəyanatında deyilir.

“Baş katib uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı razılaşma və sülh yolu ilə həll edilməsi üçün tərəflərin davamlı öhdəliyini yüksək qiymətləndirir və əhalinin sülhə hazırlanmasına dair konkret tədbirlərin görülməsinin zəruriliyi barədə nazirlərin razılaşmasını alqışlayır.

Baş katib, Birləşmiş Millətlər Təşkilatının ATƏT-in Minsk qrupunun mühüm vasitəçilik səylərini tam dəstəklədiyini bir daha vurğulayıb”, – bəyanatında deyilir.

Qeyd edək ki, yanvarın 16-da Fransa paytaxtı Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutan danışıqlar 4 saatdan çox davam edib.

Azərbaycan XİN-in Paris görüşü barədə bəyanatında bildirilib ki, danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla, faydalı və çox müsbət fikir mübadiləsi aparılıb: “Ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb. Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər”./Report/

www.yenicag.az

5454
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv