BMT: Bəşər Əsəd dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) ötən ildən apardığı təhqiqatın nəticələrinə əsasən, Suriya prezidenti Bəşər Əsədin hərbi qüvvələri şərqi Hələbdə dinc əhaliyə qarşı kimyəvi silah işlədib.

Yeniçağ.Ru-nun məlumatına görə, BMT ekspertləri yaxın günlərdə aparılmış təhqiqata dair materialları dərc etdirəcəklər. Açıqlanacaq sənədlərdə Əsəd qüvvələrinin dinc əhaliyə qarşı kimyəvi silahın, o cümlədən beynəlxalq konvensiyalarla qadağan olunmuş “Zarin” zəhərli qazının tətbiqini isbatlayan sənədlər də yer alacaq.
Xatırladaq ki, Suriyada artıq 5 ildən artıqdır, qanlı vətəndaş müharibəsi gedir. Böyük dövlətlərin də müdaxilə etdikləri bu savaşın kütləvi qırğın silahlarının işlədiləcəyi dünya müharibəsinə çevrilmək təhlükəsi yüksəkdir.

Yeniçağ.Az