BMT Təhlükəsizlik Şurasının “Laçın yolu”ilə bağlı Ermənistanın müraciəti əsasında fövqəladə iclasında Ermənistana və onun havadarlarına tutarlı faktlarla cavab verən Yaşar Əliyev haqqında qısa arayışı təqdim edirik:
Yaşar Əliyev 1955-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakıda doğulub.
Təhsil:
1972 – 1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb.
1980 – 1982 – ci illərdə aspiranturanı Şərqşünaslıq İnstitutu, Sovet Elmlər Akademiyasında (Moskva) oxuyub.
1991 – 1992 -ci illərdə təhsilini Moskva şəhərində Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında davam etdirib.
Peşəkar təcrübə:
1989 – 1990 – cı illərdə Azərbaycan SSR Xarici İşlər Nazirliyinin İnformasiya və Siyasi Təhlil İdarəsinin siyasi işçisi olub.
1990 – 1992 – ci illərdə Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar şöbəsinin birinci katibi, rəis müavini və şöbə müdiri vəzifəsində çalışıb.
1992 – 2002 – ci illərdə Azərbaycan Respublikasının Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili olub.
2002 – ci ildə Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi alıb.
2002 – 2006 – cı ildə İqamətgahı Nyu-Yorkda olan Azərbaycan Respublikasının Kuba Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olub.
2006 – 2011 – ci illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilib.
2007 – 2009 – cu illərdə İqamətgahı Vaşinqtonda olan Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri olub.
2011 – 2014 – cü illərdə Böyük Yaxın Şərq, Qoşulmama Hərəkatı, İƏT-də Xüsusi tapşırıqlar üzrə Səfir olub.
Aprel 2014-cü ildə Nyu-Yorkda Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəsi kimi fəaliyyətini davam etdirir.
Xarici dillər:
İngilis , Ərəb , Rus və Türk
Ailə vəziyyəti:
Ailəlidir, üç övladı var/Müsavat/