BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi məsələsinə həsr olunmuş təcili iclas çağırıb.
İclas bu gün yerli vaxtla saat 20:00-da keçiriləcək. Məlumata görə, iclas ABŞ və Yaponiyanın müraciəti əsasında çağırılıb və qapalı keçiriləcək.
Xatırladaq ki, Koreya Xalq Demokratik Respublikası hidrogen bombasının uğurla sınaqdan keçirdiyini bəyan edib. KXDR 2005-ci ildə özünü nüvə dövləti elan etdikdən sonra sayca dördüncü nüvə silahının sınağını keçirib.(Aznews)