Reklam: High Technic
hightechnic

BMT-dən ABŞ-a etiraz – Dünya ölkələrini Fələstinə kömək etməyə çağırdı

Birləşmiş Millətlər Təşkilatı ABŞ-ın fələstinli qaçqınlara yardımları təmin edən və bölgədəki sabitliyi nizamlayan Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) edilən maliyyə yardımlarını dayandırması qərarını təəssüflə qarşıladığını bəyan edib.

Yenicag.az xəbər verir ki, bu sözləri BMT baş katibinin sözçüsü Stefan Dujarrik BMT-nin Baş katibi Antonio Quterreşin adından çıxış edərkən qeyd edib.

Dujarrik UNRWA direktoru Piyer Krexenbülün agentliyin bu il qarşı-qarşıya qaldığı gözlənilməz maliyyə böhranlarını aradan qaldırmaq üçün göstərdiyi sürətli və yenilikçi səyləri də vurğulayıb: “Krexenbül donor şəbəkəsini genişlətməklə yanaşı, əhəmiyyətli miqdarda yeni dəstəkçilər tapıb. Ayrıca UNRWA gəlirləri artırmaq və xərcləri azaltmaq üçün fövqəladə yerli idarəetmə tədbirləri həyata keçirib”.

Dujarrik UNRWA-nın çətin şərtlər altında, ehtiyac içində olan fələstinli qaçqınlara yüksək keyfiyyətdə təhsil, səhiyyə və digər əsas xidmətləri təmin etdiyinə işarə edərək, ölkələri bu işdə agentliyə yardım etməyə çağırıb: “Baş katib digər ölkələri maliyyə boşluğunu doldurmağa kömək etməyə çağırır. Belə ki, UNRWA bu çətin günlərində ümidli olmağa davam edir və qaçqınlara yardım göstərməkdədir”.

www.yenicag.az

112