BMT-dən Azərbaycan və Ermənistana çağırış

Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycan-Ermənistan sərhədində davam edən toqquşmalara görə iki ölkəni təmkinliliyə çağırır.

Yenicag.az xəbər verir ki, bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak keçirdiyi brifinqdə bildirib.

“Biz tərəfləri israrla təmkinliliyə, gərginliyin artmasına aparan hərəkətlərdən çəkinməyə və dialoq prosesində yaranan məsələləri həll etməyə çağırmaqda davam edirik”, – deyə Hak qeyd edib.