BMT-dən xəbərdarlıq: Dünya iqlim fəlakətinin astanasındadır

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş bildirib ki, dünya iqlim fəlakətinin astanasındadır.

Yenicag.az xəbər verir ki, onun sözlərinə görə, Yer kürəsi ekstremal temperatur, irimiqyaslı yanğınlar, quraqlıq və misli görünməmiş daşqınlar dövrlərini yaşayır:

“Bütün bunlar iqlim dəyişikliyi fonunda baş verir. Bunlar təbii deyil, texnogen fəlakətlərdir və getdikcə mədən yanacaqlarının istifadəsi səbəbindən baş verir. Bu problem heç bir dövlətdən yan keçməyəcək”./Report/

COP29