BMT hesabat yaydı: Əfqanıstanda ötən il 4 minə yaxın dinc sakin həlak olub

Əfqanıstanda 2018-ci il ərzində hərbi əməliyyatlar zamanı 3 804 dinc sakin həlak olub, 7189 dinc sakin isə yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstanda yardım missiyası (UNAMA) və BMT-nin Ali komissarının insan hüquqları üzrə idarəsinin hesabatında deyilir.

Hesabatda bildirilir ki, 2017-ci illə müqayisədə ölənlərin sayı 11 faiz artıb. Beləliklə, ölənlərin və yaralananların ümumi sayı təxminən 11 min nəfər təşkil edir və bu hesabatın aparıldığı müddətdən rekord göstəricidir.

Qeyd edilir ki, ölüm hallarının 63 faizi anti-hökumət qüvvələrinin hücumları zamanı baş verib: “Taliban” radikal hərəkatı (37 faiz), İŞİD terror qruplaşması (20 faiz) və digər qüvvələr (6 faiz).

Bundan əlavə bildirilir ki, 2018-ci ildə ğlən dinc sakinlərin əksəriyyəti terrorçu-intiharçıların hücumları və hava əməliyyatları zamanı həlak olublar.