“İŞİD üzvlərini mürtəd hesab etdiyi HƏMAS-a qarşı kəskin etirazını ifadə etməyə davam edir”.
Yenicag.az xəbər verir ki, bu barədə BMT baş katibinin İŞİD-in beynəlxalq təhlükəsizliyə təhdidinə dair 2023-cü ilin 2-ci yarısını əhatə edən 18-ci hesabatında bildirilir.
“İŞİD-in oktyabrın 7-dən İsrail və Qəzzada baş verən hadisələrə cavab olaraq ictimai mesajları ehtiyatlı, ölçülüb-biçilmli və və dini dözümsüzlüyü gücləndirmək məqsədi daşıyıb.
İŞİD üzvlərini mürtəd hesab etdiyi HƏMAS-a qarşı kəskin etirazını ifadə etməyə davam edib”, – BMT baş katibinin hesabatında deyilir.
Xuraman Etibarlı