BMT Somaliyə keçid dövründə yerli orduya texniki təlim keçməyi öhdəsinə götürüb.
Yenicag.az xəbər verir ki, bu barədə BMT və Afrika İttifaqının keçid missiyasının birgə bəyanatında bildirilir.
“Biz missiyanın dayandırılmasının üçüncü mərhələsini dəstəkləməyə və lazımi logistik dəstəyi verməyə hazırıq”, – BMT nümayəndəsi bildirib.
Bundan əvvəl Afrika İttifaqının Somalidəki missiyası qoşunların ölkədən çıxarılmasının ikinci mərhələsinin başa çatdığını bildirərək, yeddi hərbi bazanı ölkə hökumətinə təhvil verdiyini bildirib./axar.az