BMT-nin Baş katibi Baş Assambleyada əməkdaşlarla vidalaşıb

14831623235298852350_1000x669BMT-nin Baş katibi Pan Gi Mun vəzifə səlahiyyətlərinin başa çatması ilə əlaqədar Nyu Yorkdakı Baş Assambleyada əməkdaşlarla görüşərək təşkilatdan ayrılıb.

Yeniçağ.Az AZƏRTAC-a istinadən xəbər verir ki, 10 ildir BMT-nin Baş katibi olmağından qürur duyduğunu vurğulayan Pan Gi Mun Times Meydanında Yeni il şənliklərinə qatılacaq.

BMT-nin doqquzuncu baş katibi seçilən portuqaliyalı Antonio Quttereş isə yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.

Yeniçağ.Az