BMT-nin Baş katibi BRICS sammitində iştirak edəcək

BMT-nin Baş katibi Antonio Quterreş Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcək.

Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə BMT-nin Moskvadakı İnformasiya Mərkəzinin direktoru Vladimir Kuznetsov bildirib.

“BMT-nin Baş katibi Antonio Quterreş BRICS sammitində dəvətli şəxs kimi iştirak edəcək. Biz 2030-cu ilədək davamlı inkişaf gündəliyinin bütün məqsədlərinə nail olunması və bunun nəticəsində planetimizdə təhlükəsiz və firavan həyatın təmin edilməsi üçün sammitdə mühüm razılaşmaların əldə olunacağına ümid edirik”, – agentliyin müsahibi qeyd edib./Report/

COP29