BMT-nin Baş katibi Odessaya getdi

BMT-nin Baş katibi Antoniu Quterreş Ukraynaya səfəri çərçivəsində Odessa dəniz limanına gedib.

Yenicag.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat verib.

“BMT-nin Baş katibi Quterreş Odessa limanına gəlib”, – o bildirib.

Xatırladaq ki, A.Quterreş avqustun 17-dən Ukraynada səfərdədir. O, bundan qabaq Ukrayna Prezidenti Vladimir Zelenski və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüb.