!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BMT-nin baş katibi Pan Gi Mun 200 min dollar rüşvət almaqda ittiham edilir

!Reklam – Yazi

pangimunPan Gi Mun ittihamları qəti şəkildə rədd edib

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Koreyanın “Sisa Journal” media qurumu məlumat verib. Pan Gi Mun 2005-ci ilin yazında Vyetnamın xarici işlər nazirinin Koreyaya səfərinin şərəfinə təşkil edilmiş təbrik naharı zamanı 200 min dollar alıb.

Həmin vaxt Koreyanın xarici işlər və xarici ticarət naziri vəzifəsində çalışmış Pan Gi Mun Vyetnamdan gəlmiş nümayəndə heyətini qəbul edib. Onların arasında nüfuzlu biznesmen, “Taekwang” şirkətinin rəhbəri Pak En Ça da olub. Məlumata görə, biznesmen 200 min dollar məbləğində rüşvəti Pan Gi Muna vermək məqsədi ilə nümayəndə heyətindən bir saat tez Xarici İşlər Nazirliyinin iqamətgahına gəlib.

BMT-nin baş katibi isə bu barədə ittihamları qəti şəkildə rədd edib. O, bildirib ki, Pak En Çanı tanımır. “Tədbirdən əvvəl də, sonra da, onunla tanışlığım olmayıb” – deyə Pan Gi Mun bildirib.

Yeniçağ.Az

www.yenicag.az

416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv