!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BMT-nin Baş katibi Türkiyə Prezidentinə təşəkkür etdi

!Reklam – Yazi

BMT-nin Baş katibi Antonio Quterreş “Taxıl sazişi”nin müddətinin uzadılmasına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Yenicag.az xəbər verir ki, bu barədə o, “Twitter”də yazıb.

Baş katib bildirib ki, Türkiyənin səxavəti və öhdəliyi olmasaydı, bu təşəbbüs heç vaxt baş tutmazdı: “İstanbul əlamətdar diplomatik nailiyyətin mərkəzi olaraq qalır”.

Qeyd edək ki, noyabrın 17-də “Taxıl sazişi”nin müddətinin daha 120 gün müddətinə uzadılması barədə razılıq əldə olunub.

Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.

www.yenicag.az

224
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv