BMT-nin baş katibi Venesuelanın XİN rəhbəri ilə görüşəcək

Venesuelanın xarici işlər naziri Xorxe Arreasa bazar ertəsi Nyu-Yorka gələrək BMT-nin baş katibi Antoniu Quterrişlə görüşəcək.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak deyib.

“Cənab Quterrişin bu gün günün ikinci yarısında onunla görüşü olacaq, lakin görüş BMT binasında deyil, baş katibin şəxsi iqamətgahında keçiriləcək”, – deyə o bildirib.

Hak qeyd edib ki, görüş Arreasanın sorğusu əsasında baş tutacaq./Report/

COP29