BMT-nin iki əməkdaşı qətlə yetirilib

Konqo Demokratik Respublikasında qətlə yetirilmiş üç insanın cəsədi tapılıb. Bu barədə “Reuters” məlumat yayıb.

Məlumatda bildirilir ki, onlardan ikisinin BMT əməkdaşları olduğu müəyyənləşdirilib.

“İndi dəqiq söyləmək olar: Biz BMT-nin iki tədqiqatçısının cəsədini aşkar etmişik. Onlarla birlikdə qəbirdəki üçüncü cəsədin konqolu tərcüməçiyə məxsus olduğunu aydınlaşdırdıq”, – deyə hökumətdən bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl – martın ortalarında Konqoda BMT əməkdaşlarının öldürüldüyü xəbər verilmişdi. Onlar ABŞ və İsveç vətəndaşlarıdır.

Yeniçağ.az