BMT-nin keçmiş baş katibi dünyasını dəyişdi

BMT-nin keçmiş baş katibi Kofi Annan dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, o, İsveçrənin Bern şəhər xəstəxanasında 80 yaşında qısa sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki o, 1997-2006-cı illərdə BMT-nin baş katibi olub. Daha sonra isə BMT-nin Suriyada xüsusi səfiri təyin edilib.

2001-ci ildə humanitar xidmətlərinə görə Nobel sülh mükafatı alan Annan Afrikanın qaradərili əhalisinin BMT-də ilk yüksək səviyyəli təmsilçisi olub.