BMT rəsmisi Azərbaycan xalqını təbrik etdi – FOTO

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Yenicag.az xəbər verir ki, o bu barədə özünün “X” hesabında paylaşım edib.

“Müstəqilliyin bərpası gününüz mübarək, Azərbaycan! Azərbaycan xalqına məqsədlərə çatmaq yolunda sülh və firavanlıq arzulayıram”, – deyə paylaşımda bildirilib.