BMT rəsmisi: “Azərbaycanın COP29-a hazırlıq səyləri təqdirəlayiqdir” – VİDEO

Azərbaycan hökumətinin COP29-a hazırlıq işləri yüksək qiymətləndirilib. Yenicag.az xəbər verir ki, bu barədə BMT-nin polis məsləhətçisi və təşkilatın polis rəisi Feysal Şakar açıqlama verib.

O, Azərbaycanın bu prosesdə fəal iştirakını və ekoloji problemlərin həllinə sadiqliyini vurğulayıb:

“Azərbaycanın COP29-a hazırlıq işlərindən və ətraf mühitlə bağlı səylərindən razıyıq. Bu təşəbbüslər BMT-nin təhlükəsizliyi baxımından ekoloji şəraitin yaxşılaşdırılmasına böyük kömək edəcək.”

Feysal Şakar qeyd edib ki, BMT polisi dünya üzrə ekoloji cinayətlərin araşdırılması və milli polis qüvvələrinin bu sahədə hazırlığı ilə məşğuldur:

“Biz, BMT polisi olaraq, ekoloji problemlərlə mübarizədə ölkələrə dəstək veririk. Azərbaycan hökumətinin bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Bu səylər ekoloji təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayacaq.”

Şakar əlavə edib ki, BMT-nin Azərbaycandakı təhlükəsizlik şəraiti də “kifayət qədər yaxşı” səviyyədədir. COP29 çərçivəsində həyata keçirilən layihələr və təşəbbüslər ölkənin ekoloji və iqtisadi inkişafına müsbət təsir göstərəcək.

Samir Məcidov
Məsimə Məmmədova

COP29