BMT: “Sülh və davamlı inkişafa nail olmaq üçün Azərbaycanla birlikdə işləməyə hazırıq”

“Sülh, firavanlıq və davamlı inkişafa nail olmaq üçün Azərbaycanla birlikdə işləməyə hazırıq”.

Yenicag.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin “Twitter”ində edilən paylaşımda bildirilib.

Qurum 9 noyabr- Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Azərbaycanla tərəfdaşlığımızı qiymətləndiririk”, – paylaşımda vurğulanıb.