BMT Suriyadakı vəziyyətlə əlaqədar təcili iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası Böyük Britaniya, ABŞ və Fransanın müraciəti əsasında Suriyadakı vəziyyətlə əlaqədar təcili iclas keçirməyə hazırlaşır.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, qeyd edilən ölkələr BMT-də Baş katibin Suriya üzrə xüsusi elçisi Qeyr Pedersenin, eləcə də BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin nümayəndələrinin iştirakı ilə Suriyanın şimal-qərbindəki vəziyyətlə bağlı brifinq keçirilməsini tələb edib.

İclasın fevralın 6-da keçiriləcəyi qeyd edilir.

COP29