Bu gün BMT Təhlükəsizlik Şurasında Suriyanın Hələb şəhərində atəşkəsin pozulmaması haqda qərar qəbul olunacaq.
Yenicag.az xəbər verir ki, bu haqda “İnterfax” dünya təşkilatı diplomatlarına istinadən məlumat yayıb.
Qətnamədə, ” Hələb şəhərinə humanitar yardımın çatdırılması üçün Suriya münaqişəsi tərəfdarları hücumları dərhal dayandırmalıdır.”, -deyə qeyd olunub.
Məlumatda bildirilir ki, layihə Misir, Yeni Zelandiya və İspaniya tərəfindən hazırlanıb.
www.yenicag.az