BMT Təhlükəsizlik Şurası İranın raket sınaqları ilə bağlı təcili iclas keçirəcək.
Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi xəbərə görə, iclas rəsmi Tel-Əvivin təşəbbüsü ilə baş tutacaq.
Advertising 14
Bundan əvvəl İsrail BMT-ni İranın raket sınaqlarına reaksiya verməyə çağırıb.
“İranın hərəkətləri tək İsrail yox, bütün Yaxın Şərq regionu uçun təhlükə kəsb edir”, deyə İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon bəyan edib.
Qeyd edək ki, yanvarın 30-da İran BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq, orta mənzilli ballistik raket sınağı keçirib.
Yeniçağ.Az