!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BMT Təhlükəsizlik Şurasına kritik ÇAĞIRIŞ – İsrailin hücumuna ilk açıqlama Türkiyədən gəldi

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, İsrail dünən axşam saatlarında Livana qarşı quru əməliyyatına başlayıb.

Yenicag.az xəbər verir ki, hücumla bağlı bağlı ilk açıqlama Türkiyədən gəlib.

Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada qeyd edilib ki, “İsrailin Livana qurudan hücum edərək bu ölkənin suverenliyini və ərazi bütövlüyünü pozması qeyri-qanuni işğal cəhdidir”. “Bu hücum mümkün qədər tez başa çatmalı və İsrail əsgərləri Livan ərazisindən geri çəkilməlidir”, – deyə bildirilib.

XİN vurğulayıb ki, sözügedən hücum təkcə regional ölkələrin deyil, qeyri-regional ölkələrin də təhlükəsizliyini və sabitliyini hədəfləyir.

“Bu təhlükəli işğal cəhdi nəticəsində yeni miqrasiya dalğasının yaranacağı və ekstremizmin bütün dünyada yer alacağı ehtimalı yüksəkdir. Bu hadisələrin İsrailə siyasi dəstək və silah verən ölkələrə də təsir edəcəyini unutmaq olmaz.
BMT Təhlükəsizlik Şurası beynəlxalq hüquq normalarına əməl etməli və Livanın işğalına qarşı bu hücuma qarşı lazımi tədbirlər görməlidir. İsrailin törətdiyi hər bir cinayət həm də beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zərbədir.

Digər tərəfdən, bölgədə əmin-amanlığın bərqərar olması üçün atılacaq əsas addım Qəzzada dərhal və daimi atəşkəsin yaradılmasıdır. Qəzzaya sülh gətirmək bütün bəşəriyyətin məsuliyyətidir”, – deyə açıqlamada vurğulanıb.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

104
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv