Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

BMT Təhlükəsizlik Şurasında sədrlik ABŞ-a keçdi

BMT Təhlükəsizlik Şurasına sədrlik Birləşmiş Ştatlara keçib.

Virtualaz.org-un məlumatına görə, ümumdünya təşkilatının əsas işlərinə rəhbərliyi azı üç ay qurumda ABŞ-ın daimi nümayəndəsi vəzifəsini tutan Nikki Heyli edəcək. O, BMT-nin ünvanına tənqidi fikirlər səsləndirməsi ilə yadda qalıb.

Xüsusəndə xanım diplomat BMT-nin maliyyələşdirilməsinin azaldılması üçün açıq çıxışlar edir. Martın ortalarında Heyli bildirib ki, təşkilat daha çox pul xərcləyir: “Bu da bir çox hallarda digər ölkələrə nisbətən Birləşmiş Ştatların üzərinə daha böyük yük qoyur”.

Xatırladaq ki, hazırda BMT-nin 92 minlik sülhməramlı qüvvələri kontingentinin illik xərci 8 milyard dollar təşkil edir. Bu məbləğin 28 faizini ABŞ ödəyir.

Yeniçağ.az

www.yenicag.az

254