BMT Təhlükəsizlik Şurasından Rusiyaya: “Ukrayna gəmiləri Kerç boğazından keçsin”

BMT Təhlükəsizlik Şurasına üzv ölkələr Rusiyaya Ukrayna gəmiləri ilə bağlı çağırış edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkələrin yaydığı birgə bəyanatda deyilir.

BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa, Niderland, Polşa, İsveç və Böyük Britaniya məşvərətdən sonra Ukrayna gəmilərini buraxmaq və onların Kerç boğazından keçmələrinə icazə verməsi xahişi ilə Rusiyaya müraciət edib.