!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BMT təsdiqlədi: Ermənilər Qarabağdan qaçır, 50 nəfər sığınacaq istəyib

!Reklam – Yazi

bmt ermenilerr“Ötən həftə sonu Dağlıq Qarabağ ərazisində yaranan gərginlikdə azı 33 nəfər ölüb, 200-dən çox adam yaralanıb”.

Bu barədə BMT-in Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin (HMKİ) hesabatında qeyd olunub.

Bildirlib ki, Ermənistan və Azərbaycandakı rəsmi mənbələrin yaydığı xəbərə əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında baş vermiş atışmada 30 əsgər və 3 dinc sakin həyatını itirib. Mülkü vətəndaşlar və hərbçilər arasında nə qədər yaralı olması barədə rəsmi məlumat yoxdur. Qeyri-rəsmi mənbələrə görə, yaralıların sayı 200-i ötüb.

İdarənin məlumatına görə, gərginliyin yaşandığı məqamda təxminən 150 min, şiddətli qarşıdurmaların getdiyi ərazilərdə isə 14,4 min insan yaşayır:

“Eyni zamanda BMT-yə münaqişə tərəflərindən humanitar yardım almaq barədə müraciət daxil olmayıb. Azərbaycan hökuməti insanların daxili yerdəyişməsinin olmadığını bəyan edib. Lakin Ermənistan tərəfindən 50 nəfər Yerevandan müvəqqəti sığınacaq istəyib”.

www.yenicag.az

816
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv