BMT TŞ-də Qəzza ilə bağlı səsvermə yenə təxirə salındı

BMT Təhlükəsizlik Şurasında Qəzzaya humanitar yardımların maneəsiz daxil olması üçün döyüş əməliyyatlarının dayandırılmasını tələb edən qətnamə layihəsinin səsverməsi razılıq əldə olunmadığı üçün üçüncü dəfə təxirə salınıb.

Yenicag.az xəbər verir ki, səsvermənin sabah (cümə axşamı) keçirilməsi planlaşdırılır.