!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BMT TŞ İsrail-Fələstin münaqişəsini müzakirə edəcək

!Reklam – Yazi

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, 16 mayda Fələstin-İsrail qarşıdurma zonasında gərginliyin artmasını müzakirə etmək üçün açıq iclas keçirəcək.

Yenicag.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki elçisi Linda Tomas-Qrinfild özünün tvitter hesabında yazıb.

“BMT Təhlükəsizlik Şurası İsrail və Qəzza zolağındakı vəziyyəti bazar günü müzakirə etmək üçün toplanacaq”,deyə, o bildirib.

İclas açıq formatda keçiriləcək və saat 10:00-da (Bakı vaxtı ilə 18:00) başlayacaq. İclasda BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatoru Tor Vennesland çıxış edəcək.

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv