BMT TŞ Ukrayna ilə bağlı toplanacaq

BMT Təhlükəsizlik Şurası sentyabrın 27-də Ukrayna ilə bağlı iclas keçirəcək.

Yenicag.az xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının proqramında deyilir.

Nyu-York vaxtı ilə çərşənbə axşamı günortaya planlaşdırılan iclas Ukrayna tərəfindən tələb olunub. Bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsanın məktubunda deyilir.

Ukrayna BMT-nin baş katibi Antonio Quterreşi iclasda məruzə ilə çıxış etməyə dəvət edib.